Menu

Daxil olun Qeydiyyat

PHP

printf() и sprintf() funksiyaları

printf() и sprintf() funksiyaları

Qeyd etmək lazımdır ki, hər iki funksiya nəticələrin verilməsi formatını müəyyən etmək məqsədi üçündür. printf() funksiyası nəticə selinin brauzerdə verilməsi, sprintf() funksiyası isə sətirin veriməsi üçün uyğun formatın seçilməsi üçündür. Yazılış qaydası belədir:


int printf(string format [, mixed args])
string sprintf(string format [, mixed args])

Ümumiyyətlə, bu funksiyaların yazılışı belə olur:


<?php

printf("Hello!");		// "Hello!" yazılır.

sprintf("Hello!");		// Heç nə verilmir.

$str = sprintf("Hello!");	// Həmin sətri dəyişənə mənimsədir.

printf($str);			// Həmin söz ekrana verilir.

?>

Request metodu
Bu metod da GET və ya POST metodu kimi dəyişənləri serverə göndərmək üçündür.

Şərti keçid operatoru (if)
Bir çox hallarda qoyulmuş şərtdən asılı olaraq, müxtəlif kodları yerinə yetirmək tələb olunur. Bu halda if əmrindən istifadə edilir. Yazılış qaydası aşağıdakı kimidir:


if (şərt)
ifadə_1;
else
ifadə_2;

<?php

$i = 10;
$j = 5*2;

if ($i == $j)

    echo '$i və $j bərabərdir';

else

    echo '$i və $j bərabər deyil';

?>

Göründüyü kimi, $i və $j arasındakı şərt == (iki bərabərlik) işarəsi vasitəsilə yerinə yetirilir. Beləliklə, şərtlərin yoxlanması aşağıdakı işarələr vasitəsilə göstərilir:
Burada if/else operatoru şərti operator kimi istifadə olunur. Ümumilikdə bu bele görünür:
!= - bərabər deyil;
< - kiçik;
> - böyük;
<= - kiçik bərabər;
>= - böyük bərabər.


<?php

$i = 10;
$j = 5*2;

if ($i == $j)

    echo '$i və $j dəyişənlərinin eyni qiyməti var';

?>

<?php

$i = 10;
$j = 11; 

if ($i > $j)
$diff = $j - $i;

    echo '$j $i -dən böyükdür; $j və $i arasındakı fərq: '. $diff; // Səhvdir!

?>

Bir çox hallarda qoyulmuş şərtə əsasən, bir neçə əmrlər ardıcıllığı yerinə yetirmək tələb olunur. Bu zaman həmin əmrlər fiqurlu mötərizə daxilində yazılır:


<?php

$i = 10;
$j = 11;

if ($i > $j) {
$diff = $j - $i;

    echo '$j $i -dən böyükdür; $j və $i arasındakı fərq: '. $diff;
}

?>

Qeyd etmək lazımdır ki, hətta təkcə bir əmri yerinə yetirmək lazımdırsa, onda da bir sətri fiqurlu mötərizə daxilində yazmaq məsləhətdir. Bu zaman təsadüfi səhvlərə yol vermək şansı azalır.
Bundan başqa, şərt daxilində yeni şərt vermək olar və bu zaman yazılış qaydası bu cür olur: if... else if... else.


<?php

$i = 10;
$j = 11;

if ($i > $j) {

    echo '$i $j -dən böyükdür';

} else if ($i < $j) {

    echo '$i $j -dən kiçikdir';

} else { // Bu halda bərabərlikdən başqa bir şey qalmır :)

    echo '$i və $j bərabərdirlər';
}

?>

Dəyişənlərin qiymətini serverə göndərərkən ilkin olaraq, həmin dəyişənin elan olunmamasına görə ekrana bu haqda sorğu çıxacaq. Belə vəziyyəti aradan götürmək üçün şərti keçid əmrindən istifadə olunur.


<html>
<head>
<meta http-equiv="content-type" content="text/html; charset=iso-8859-1">
<title>Untitled Document</title>
</head>

<body>

<form action="vurmaq.php" method="post">

<input type="text" name="a" size="20" maxlength="8" /><br />
<input type="text" name="b" size="20" maxlength="8" /><br />
<input type="submit" value="Vurmaq"></form>

<?php

if (isset($_POST["a"])) {$a=$_POST["a"]; }

else {$a=0;};

if (isset($_POST["b"])) {$b=$_POST["b"];

} else {$b=0;};

    echo "<br> hasil=".$a*$b;

?>

</body>
</html>

Bu yazılış qaydası hər üç - GET, POST və REQUEST metodları üçün doğrudur.


<html>
<head>
<meta http-equiv="content-type" content="text/html; charset=iso-8859-1">
<title>Mühazirə 3</title>
</head>

<body>

<form method="post" action="muhaz3.php">

<input name="i" type="text" size="30" />
<input name="j" type="text" size="20" />
<input type="image" src="../photos/search.jpg" border="0" />

</form>

<?php

if (isset($_POST["i"])) {$i=$_POST["i"];}

    else {$i=0;};

if (isset($_POST["j"])) {$j=$_POST["j"];}

else {$j=0;};

$i=$_POST["i"];
$j=$_POST["j"];

if ($i > $j)
{

$diff=$j+$i;

    echo "Cəm".$diff;
}

else {

$diff=$j-$i;

    echo "Fərq".$diff;
}

?>

</body>
</html>


Bizi dəstəkləyənlər