Şərhin verilməsi
PHP dilində şərhlərin verilməsinin bir çox üsulu vardır. Ən sadə üsul ikili (//) sləşdir.
Bu işarədən sonra PHP kompilyatoru bütün sözləri əmr kimi qəbul etmir və yerinə yetirmir.
Bununla yanaşı çoxsətirli şərhdən də (/*...*/) istifadə etmək olar. Bir sətirlik şərh vermək üçün (#) işarəsi tətbiq olunur.
<?php
echo("<p>Hello</p>"); // Şərh
echo("<p>Hello</p>"); # Şərh
/*
Şərh
*/
?>