Menu

Daxil olun Qeydiyyat

PHP

Switch

Switch

Bir çox hallarda eyni dəyişənin qiymətindən asılı olaraq, proqramın icrasını şaxələndirmək lazım gəlir. Bu zaman switch əmrindən istifadə olunur.
Məsələn, aşağıdakı əmrlər toplusunun əvəzinə


if ($i==1) {
ifadə 1
} else if ($i==2) {
ifadə 2
} else if ($i==3) {
ifadə 3
}

Daha əhəmiyyətli yazılış qaydasından istifadə etmək olar:


<form action="switch.php" method="post">

<input type="text" name="i" />
<input type ="submit" value="Ok" />

</form>

<?php

if (isset($_POST["i"])) {$i=$_POST["i"];}

else {$i=1;};

switch ($i) {

    case 1:
        echo 'Bir';
    break;

    case 2:
        echo 'İki';
    break;

    case 3:
        echo 'Üç';
    break;

    default:
        echo '$i > 3';

};

?>

switch əmrindən sonra yazılmış dəyişənin qiymətindən asılı olaraq, ekranda case əmrindən sonra göstərilmiş qiymətə uyğun sətir yerinə yetirilir. Burada yazılan ifadəni fiqurlu mötərizənin içərisinə almaq lazım deyil. Burada proqramın icrası break əmri vasitəsilə yekunlaşır.
default əmri qalan bütün qiymətlərdə doğruluğunu göstərir. Bu əmr sonda olduğu üçün break əmrinə ehtiyac yoxdur. Bu əmrə ehtiyac yoxdursa, onda yazmamaq olar.


<?php

$i = 1;

switch ($i) {

    case 0:	// "break" qəsdən yazılmayıb!

    case 1:
        echo 'Sıfır və ya bir';
    break;

    case 2:
        echo 'İki';
    break;

    case 3:
        echo 'Üç';
    break;

}

?>

 

Dövrlər


İstənilən proqramlaşdırma dilində bu və digər şəkildə dövrlərdən istifadə olunur. Bu baxımdan PHP dilində 3 cür dövr vardır:

while
Bu əmrin yazılış qaydası aşağıdakı kimidir:


<?php

$i = 1;

while($i < 10) {
    echo $i . "<br>\n";
    $i++;
}

?>

Dövr while əmrindən sonra gələn şərti yoxlayır və ondan asılı olaraq, növbəti ifadə və ya fiqurlu mötərizənin içərisindəki ifadələr yerinə yetirilir.

do..while


<?php

$i = 1;

do {
    echo $i . "<br>\n";

} while ($i++ < 10);

?>


Bizi dəstəkləyənlər