Echo və Print funksiyaları
PHP-də ən çox istifadə olunan funksiyalardan biri də echo-dur. echo-nun başlıca vəzifəsi daxil edilmiş yazını ekrana çıxarmaqdir.
Koda baxaq:
<?php
echo "Salam dünya!";
?>
Bu yazını daxil etdikdə, ekrana "Salam dünya!" yazısı çıxacaq.
PHP-də yazını ekrana çıxarmaq üçün başqa funksiyalar da var. Bunlardan biri də, print funksiyasıdır:
<?php
print "Salam dünya!";
?>
Bundan başqa, echo və print-in başqa cür yazılış şəkilləri də var. Bunlara misal olaraq:
<?php
echo("Salam dünya!");
// və
print("Salam dünya!");
// göstərmək olar.
?>