if-else funksiyası
if-else, elseif funksiyası PHP-də çox istifadə olunan funksiyalardandır.
Bu funksiyanın əsas mənası göndərilən məlumatın doğruluğunun yoxlanmasıdır.
Məsələn, $a-nın 5-ə bərabər olub-olmamasını yoxlayaq.
<?php
$a=0;
if($a==5) {
echo "a 5-ə bərabərdir!";
}
else {
echo "a 5-ə bərabər deyil!";
}
?>
elseif isə, əgər şərt səhvdirsə, yenidən yoxlamadan keçirməkdən ötrüdür. Məsələn:
<?php
$a=0;
if($a==5) {
echo "a 5-ə bərabərdir!";
}
elseif($a==0) {
echo "a 0-a bərabərdir!";
}
else {
echo "Hər iki şərt səhvdir!";
}
?>