Mətn obyekti
firststeps.ppt təqdimatını açın
Gəlin təqdimata yeni boş slayd əlavə edək və bu slayda mətn daxil edək. Başqa obyektlər kimi mətn də slayd üzərində bir obyekt kimi yerləşdirilir.
Rejim dəyişmə lövhəsinin düyməsindən istifadə edərək Slayd rejiminə keçin. Ekranda təqdimatın birinci slaydı görünür. Yeni slayd hər zaman cari slayddan sonra yerləşdirilir. Biz üçüncü slaydı əlavə etməliyik. Ona görə ikinci slayda keçək sonra isə yeni slayd əlavə edək.
Növbəti slayd düyməsini sıxın. Ekranda ikinci slayd görünür. Menyunun Yerləşdirmək (Insert) bəndini, sonra Yeni Slayd (New Slide) sətrini seçin. Açılmış pəncərədə boş slaydın üzərində mausun düyməsini iki dəfə sıxın. Obyekt sahələrinə bölünməmiş boş slayd açılır.
Slaydda mətn yerləşdirmək üçün menyunun Yerləşdirmək (Insert) bəndini, sonra Mətn Qutusu (Text Box) əmrini seçin.
Mausla mətn sahəsinin çərçivəsini çəkin. İçində "Online kurslar" mətnini yazın. Mətni mərkəzdən yazmaq üçün, fontun ölçüsünü və rəngini seçmək üçün Format lövhəsinin düymələrindən istifadə edin. Alətlər lövhəsinin ekranda yerləşməyən düymələrindən istifadə etmək üçün düyməni sıxın.
Bir də Yerləşdirmək (Insert) à Mətn Qutusu (Text Box) əmrini seçin. Mətn sahəsinin çərçivəsini çəkin. İçində işarələnmiş siyahı yerləşdirmək üçün Format lövhəsinin düyməsindən istifadə edin. Birinci sətirdə "Internet" yazın. Klaviaturadakı Enter düyməsini sıxın. İkinci sətirdə "Word" yazın və sair .
Siyahı üçün başqa işarələr seçmək istəyirsinizsə, siyahını bütövlüklə seçin, seçilmiş mətnin üzərində mausun sağ düyməsini sıxın, kontekst menyudan Siyahı (Bullets and Numbering) əmrini seçin. Açılan dialoq pəncərəsindən istənilən işarəni seçə bilərsiniz.
İşarə kimi istənilən şriftin simvolları, hətta şəkil də istifadə edilə bilər. Şəkil seçmək üçün Şəkil (Picture) düyməsini sıxın və təklif olunan şəkillərdən birini seçin, yaxud istədiyiniz şəkil faylını seçin.
İşarə üçün simvol seçək. İşarə (Character) düyməsini sıxın. Şrift (Bullet) siyahısından Wingdings şriftini seçin. İşarələrin üzərində mausun düyməsini basaraq onlara böyüdülmüş şəkildə baxa bilərsiniz. ² işarəsini seçin və OK düyməsini sıxın.
PageUp düyməsini sıxıb ikinci slayda keçin. İşarələnmiş siyahını seçib Saylama (Numbering) düyməsini sıxın. İndi işərə əvəzinə ədədlər istifadə olunur.