Slaydların, qeydlərin və strukturun çap edilməsi
Təqdimatı çap etmək üçün Faylà Çap (Fileà Print) əmrini seçin.
Nəyin Çapı (PrintWhat) açılan siyahıdan çap olunmalı sənədin növünü seçin.
Burada Slaydlar (Slides) hər səhifədə bir slaydın, Tezislər (Handouts) - bir səhifədə bir neçə slaydın çap edilməsini nəzərdə tutur. Bir səhifədə çap olunmalı slaydların miqdarı Tezislər (Handouts) bölməsinin parametrləri vasitəsilə göstərilir. Qeydlər (Notes Pages) seçilərsə bir səhifədə slaydla bərabər ona aid qeydlər çap olunur. Struktur(Outline View) - təqdimatın strukturunu çap etmək deməkdir.
Çap Etmə Diapazonu (Print Range) bölməsində çap edilməli slaydlar göstərilir. Hamısı (All) təqdimata daxil olan slaydların hamısının, Cari Slayd (Current Slide) - ekrandakı yaxud Nizamlama Rejimində seçilmiş, slaydın çap edilməsini tə’min edir.
Bir neçə slaydın çap edilməsi üçün Slaydlar (Slides) seçəndən sonra çap olunmalı slaydların sayları göstərilməlidir.
Nəhayət qeyd edilmiş slaydları çap etmək üçün OK düyməsini sıxın.