Xronometraj və səsin yazılması
Hər slaydın nümayiş vaxtını slaydarası keçidi nizamlayarkən göstərmək olar. Lakin mühazirə zamanı hər slaydın neçə saniyə davam edəcəyini əvvəlcədən demək çətindir. Buna görə slaydların nümayiş vaxtını başqa yolla təyin etmək daha rahat olardı.
Vaxtın nizamlanması (Rehearse Timing) düyməsini sıxın. PowerPoint təqdimatın nümayişinə başlayır və Məşq (Rehearse) pəncərəsini açır. Vaxt intervallarının yazılması zamanı Slayd vaxtı (SlideTime) sahəsində cari slaydın nümayiş vaxtı , pəncərənin sağ hissəsində isə təqdimatın nümayişinin əvvəlindən keçən vaxt göstərilir. Hər bir slaydın nümayişi zamanı ona aid mətni oxuyun və lazım olan vaxtı qeyd edin. Mətni oxuyarkən səhvə yol verdikdə Təkrar (Repeat) düyməsini sıxın. PowerPoint Slayd vaxtı (SlideTime) sahəsinin qiymətini silir və slayd vaxtını yenidən saymağa başlayır.
Pauza (Pause) düyməsi sayqacı müvəqqəti saxlayır. Bu düyməni təkrər basıb məşqi davam etmək olar.
Birinci slayda aid olan mətni oxuyub qurtardıqdan sonra İrəli (Next) düyməsini sıxın. Slaydda animasiya tətbiq olunmuş obyektlər varsa, animasiyanın hər addımına aid mətni oxuduqdan sonra İrəli (Next) düyməsini sıxmaq lazım gəlir. Axırıncı slaydın vaxtını yazıb qurtardıqdan sonra İrəli (Next) düyməsini sıxanda sayqac dayanır və dialoq pəncərəsi açılır. Bu pəncərədə vaxt intervallarının təzələnməsi haqqında verilən suala Hə (Yes) cavabı verin. Slaydların vaxt intervalları Nizamlama rejimində hər slaydın altında yazılır.
Təqdimatın nümayişini səslə müşayət etmək olar. Səsin yazılması üçün kompüterdə səs kartının və mikrofonun olmağı labüddür. Slaydların Nümayişià Səsyazma (SlideShowàRecordNarration) əmrini seçin. Açılan dialoq pəncərəsində səsin Mikrofonun Sazlanması (Set MicrophoneLevel) düyməsini sıxıb səsin Ucalığını dəyişdirmək olar. Mühazirənin yazılması çox vaxt tələb edirsə onu ayrı bir fayl kimi yazmaq olar. Bu halda Səsin Əlaqələndirməsi (Link Narrations In)sətirini işarələyin, Seçmə (Browse) düyməsini sıxın və səs faylının yazılması üçün yer (qovluq) göstərin. Bu pəncərəyə ehtiyac olmadığından Təkzib (Cancel) düyməsi ilə onu bağlayın. OK düyməsini sıxın.
Səs yazıldıqdan sonra Nizamlama rejimində slaydların altında qramofon şəkli göstərilir. Səsi silmək üçün qramofon işarəsini seçin və Delete düyməsini sıxın.