Menu

Daxil olun Qeydiyyat

Proqramlaşdırma

Dəyişənlər

Dəyişənlər

Dəyişənlər. Standart tiplər.
Yuxarıda qeyd olunduğu kimi, Pascal proqramında verilənlərin təsvirində məqsəd, kompilyatora bütün identifikatorların adları və hər bir identifikatordan necə istifadə olunacağı haqqında məlumat verməkdir. Bundan başqa, bu bölüm proqramın istifadə edəcəyi hər bir yaddaş xanasında hansı verilənlərin yerləşəcəyini kompilyatora bildirir.
Yaddaşda hər hansı qiymətin göstərilməsi həmin qiymətin tipindən asılı olur. Standart Pascal dilində verilənlərin qabaqcadan təyin olunmuş dörd tipi vardır: Integer (tam ədədlər üçün), Real (həqiqi ədədlər üçün), Boolean (məntiqi kəmiyyətlər üçün) və Char (ayrıca simvollar üçün). Hər bir tip üçün verilənlərin ala biləcəyi qiymətlər üzərində aparıla bilən əməliyyatlar çoxluğu vardır.


Bizi dəstəkləyənlər