Menu

Daxil olun Qeydiyyat

Proqramlaşdırma

Dəyişənlərin təsviri

Dəyişənlərin təsviri

Ümumi yazılış:
Var <Dəyişənlər siyahısı>: tip;

Dəyişənin tipi kimi ya verilənlərin təsvirinin type bölməsində təyin olunmuş tiplərdən istifadə etmək olar, ya da tipin özünü.
Məsələn, Type Vector=array(1..100)of real;
Var A,b:real; F:Boolean
Proqramın müəyyən hissəsi ayrıca prosedur və funksiya şəklində tərtib olunur. Sonra proqramda bu prosedur və funksiyalardan istifadə olunur. Bu da proqramı həm sadələşdirir, həm oxunaqlı edir, həm də proqramdakı səhvləri aşkarlamağa imkan verir.
Prosedur və funksiyaların strukturu proqramların strukturu kimidir. Fərq ondadır ki, prosedur "procedure", funksiya isə "function" başlıqları ilə başlayırlar.
Operatorlar proqramda nəzərdə tutulmuş nəticəni almaq məqsədilə, verilənlərin emalını idarə edən təlimatlar - əmrlərdir. Bu operatorlar ardıcıllığı proqram adlanır.
Proqramda operatorlar bir-birindən nöqtəli vergül işarəsi ilə ayrılırlar. Hər bir operatorun qarşısında nişan qoyula bilər. Nişan operatordan iki nöqtə işarəsi ilə ayrılır.
Operatorlar sadə və mürəkkəb olmaqla, iki qrupa ayrılırlar. Sadə operatorlar elə operatorlara deyilir ki, onlara digər operatorlar daxil deyildir. Misal olaraq, mən-subetmə operatorunu, şərtsiz keçid operatorunu göstərə bilərik. Mürəkkəb operatorlar isə, bir neçə operator birləşməsidir. Şərti keçid və dövrü operatorlar belə operatorlardır.
 


Bizi dəstəkləyənlər