Turbo Pascal dilinin pəncərəsi
Turbo Pascal dilində proqram bu dilin inteqrallaşdırılmış mühitində yaradılır.
İnteqrallaşdırılmış mühit dilin kompilyatorundan, proqram mətnini yığmaq və ona düzəlişlər etmək üçün redaktordan və sazlayıcıdan ibarətdir.
İnteqrallaşdırılmış mühiti yükləmək üçün Turbo.exe proqramını yükləmək lazımdır. Bu zaman ekranda pəncərə açılacaqdır. Bu pəncərə yuxarı hissədə menyu, mərkəzi hissədə işçi oblastdan və aşağı hissədə isə, vəziyyətlər sətrindən ibarətdir.
Menyu sətri inteqrallaşdırılmış mühitin əmrlərindən ibarətdir. Bəzi hallarda menyu sətri görünməyəcəkdir. Belə hallarda F10 klavişini basmaq lazımdır.
İşçi oblastda proqram mətni yığılır. Vəziyyət sətrində proqramçıya müəyyən klavişlər kombinasiyalarının funksiyaları xatırladılır.