Cədvəllərin yaradılması və pozulması
SQL Serverin VB-sinin bütün məlumatları cədvəllərdə qorunur. Cədvəllər eyni tipi birləşdirən sütunlardan və cədvəl yazılarını saxlayan sətirlərdən ibarətdir. Hər bir bazada 2 milyarda yaxın cədvəl ola bilər, cədvəldə 1024 sütun, sətirdə isə 8060 bayt məlumat ola bilər.
SQL Server növbəti tip verolənləri saxlayır.
Verilənlərin tipi | Mənası | Ölçü, baytla |
---|---|---|
Binar verilənlər | binary varbinary[(n)] |
1-8000 |
Simvollar | char[(n)]varchar[(n)] | 1-8000 (8000-ə qədər) |
Unicode Simvollar | nchar[(n)] nvarchar[(n)] |
1-8000 (4000 simvol) |
Vaxt və tarix | datetime smalldatetime |
8 4 |
Dəqiq qiymətlər | decimal[(p[,s])] numeric[(p[,s])] |
5-17 |
Təqribi qiymətlər | float[(n)] real |
4-8 4 |
Qlobal dəyişənlər | uniqueidentifier | 16 |
Tam tiplər | int smallint, tinyint |
4 2, 1 |
Pullar !!! | money, smallmoney | 8, 4 |
Xüsusi | bit, cursor, sysname, timestamp |
1, 0-8 |
Mətn və şəkil | text, image | 0-2 Qb |
Unicode mətn | ntext | 0-2 Qb |
Cədvəlləri Transact-SQL dilinin operatoru olan CREATE TABLE -ın köməkliyi ilə yaradırlar, həmçinin Enterprise Manager köməkliyi ilə ə yaratmaq olar. Əvvəlcə bunun Transact-SQL köməkliyi ilə necə yaranmasına baxaq.
Cədvəllərin CREATE TABLE-ın köməkliyi ilə yaradılması.
Cədvəllərin yaradılması üçün CREATE TABLE operatoru istifadə olunur. Bu operatorun sintaksisi belə təyin olunur.
CREATE TABLE table_name (column_name data_type [NULL | NOT NULL] [,...n])
Nümunə:
CREATE TABLE member ( member_no int NOT NULL, lastname char(50) NOT NULL, firstname char(50) NOT NULL, photo image NULL )
Bu operatorun köməkliyi ilə dörd sütundan ibarət olan members cədvəli yaradılır.
Qeyd
NULL - elementin heç bir qiymət almadığını göstərən dəyişəndir. Sütuna bu tipi mənimsədəndə qeyd olunur ki bu elementlər inisial ola bilməzlər. NOT NULL - yazılanda "boş" qiymətlərə icazə verilmir. Əgər yazı daxil olunarkən bu cür sütun üçün xana boş olarsa onda daxil olma olmayacaq, və SQL Server səhv haqqında məlumat verəcək.
Bu əmri realizə etməyə çalışın. Query Analyzer-i işə salın. Öz serveriniz ilə qoşulun. VB siyahısından sqlStep cədvəlini seçin. Əmr pəncərəsinə cədvəli yaratmaq üçün istifadə olunan əmri yazın və onu realizə edin. (Əgər yaddan çıxmibsa F5 və ya Ctrl-E-ni sıxmaq lazımdır).
Cadvəlin yarandığına dəqiq əmin olmaq üçün aşağıdakı əmri yığın:
sp_help member
Onu sadə redaktorda yığın və sonda F5 düyməsini sıxın. Nəticə pəncərəsinə members cədvəli barədə məlumat çıxacaq.
Məlumat üçün!!!
sp_help - VB-nin verilənləri haqqında məlumatları verən (cədvəllər, saxlanmış proseduralar və s.) sistem funksiyadır.
Çağırma funksiyası belədir:
sp_help <cədvəlin adı>
Cadvəli pozmaq çox asandır. Elə orda, sorğuçuda (bizdə Query Analyzer-i belə adlandırırlar) aşağıdakını yığın:
drop table member
Bu sətiri seçin və F5-i sıxın. Cədvəl pozulacaq və bunun haqda sizə məlumat veriləcək. Bizim halda bu prosedura sadədir. Əslində isə ri VB-də cədvəli silmək o qədər də asan deyil, o digər cədvəllərlə bağlı ola bilər və əvvəlcə həmin əlaqələri silmək lazımdır. Bunun necə edilməsini öyrənmək üçün növbəti addımlara bax.
SQL Server Enterprise Manaher vastəsi ilə cədvəli necə yaratmaq olar
Ardıcıllıqla açın: SQL Server Group, <sizin server>, Databases. VB-ni seçin (mən fikirləşirəm ki SqlStepByStep), sağ düyməni sıxın və açılmış menyudan "New" bölməsini, sonra isə "Table..." bölməsini seçin. İlk növbədə sizdən cədvəlin adını soruşacaq. Onu daxil edin və Enter düyməsini sıxın. Ekranda pəncərə çıxacaq və orda: sütunların adlarını, tipini, uzunluğunu, ölçüsünü, dəqiqliyini (bu üç sütun tipdən aslı olaraq bloklanır), NULL icazə verən bayraq, susmaya görə qiymət. Son üç sütun hələlik maraq mərkəsində deyil.
Sütunların adlarını, tipini və uzunluğunu yuxarıdakı nümunədəki kimi göstərin. Disket işarəsi olan ikonkaya sıxın və yadda saxlanandan sonra pəncərəni bağlaya bilərsən. Öz Bazanızı yenidən açın və "Tables" hissəsində öz bazanızı yenicə yaratdığınız cədvəli cədvəllər hissəsində görəcəksiniz. Onun pozulması üçün onu seçin, mausun sağ düyməsini sıxın və açılan menyuda "Delete" hissəsini sıxın. Cədvəl pozulacaq.
Biz cədvəlin yaranıb pozulmasını öyrəndik. Çox funksiyalı, nümunədə öyrənəcəyimiz VB-nin yaradılmasına aid olan növbəti funksiyaya keçək.