Məlumatların cədvəldən alınması
Nəzəriyyədən praktikaya keçmək vaxtı gəlib çatdı. SQL Serverin gələcəkdə də öyrənilməsi üçün balaca bir VB yaradaq. VB-nin yaradılması üçün proektdən bu addım üçün olan SQLByStep.sql faylını yükləmək lazımdır (yüklə).
Bu skript SQLByStep VB-sinin yaranması üçün özündə Transact SQL əmrlərini saxlayır. Burada üç cədvəl və onların içində məlumatlar var. VB-ni yaradılması üçün siz aşağıdakıları etməlisiniz:
OK, VB yaradıldı və məlumatlar ona yerləşdirildi. Bundan sonra müxtəlif sualları realizə etmək üçün Query Analyzer-dən istifadə olunacaq. Query Analyzer - əsl proqramistlərin alətidir :-) VB özendə satışa nəzarət etmək üçün SQL-i istifadə edən fraqmenti taşkil edir. VB-də Salespeople (Ticarət agentləri), Customers (Sifarişçilər) və Orders (Sifarişlər) adlı üç cədvəl var.
Salespeople (Ticarət agentləri) cədvəli:
Sütun | Məzmunu |
---|---|
SNUM | Hər bir ticarət agentinə verilmiş unikal kod. |
SNAME | Ticarət agentinin adı |
CITY | Agentin yerləşdiyi yer (şəhər) |
COMM | Komissyon satıcılar |
Customers (Sifarişçilər) cədvəli:
Sütun | Məzmunu |
---|---|
CNUM | Hər bir sifarişçiyə verilmiş unikal kod |
CNAME | Sifarişçinin adı |
CITY | Sifarişçinin yerləşdiyi yer (şəhər) |
RATING | Verilmiş sifarişçinin üstünlüyünü göstərən kod, daha yüksək kod daha da üstünlüyü dildirir |
SNUM | Verilmiş sifarçi üçün təyin olunmuş agentin kodu (Salespeople cədvəlindən) |
Orders (Sifarişlər) cədvəli:
Sütun | Məzmunu |
---|---|
ONUM | Hər bir sifarişin unikal kodu |
AMT | Sifarişin məbləği (təbii ki şətri qiymətlərlə :-) |
ODATE | Sifarişin tarixi |
CNUM | Sifariş edən sifarişçinin nömrəsi (Customers cədvəlindən) |
SNUM | Sifarişi qəbul edən agentin nömrəsi (Salespeople cədvəlindən) |
İndi Transact-SQL-in köməkliyi ilə cədvəldən məlumatların çıxarılmasını nümayiş etdirmək olar.
Bütün suallar yeganə SELECT əmri ilə realizə olunurlar. Sadə formada SELECT əmri VB-dən məlumatların çıxarılması üçün təlimat verir. Məs: agentlər (Salespeople) cədvəlindən məlumatları çıxartmaq üçün növbətiləri daxil etmək lazımdır:
SELECT snum, sname, city, comm FROM Salespeople
Bu əmr sadəcə olaraq cədvəldən bütün məlumatları çıxardır. Onun çıxarışı aşağıdakı kimi görünəcək:
snum sname city comm ----- -------- ----------- ----- 1001 Иванов Москва 12 1002 Петров Хабаровск 13 1003 Егоров Караганда 10 1004 Сидоров Сочи 11 1007 Шилин Красноярск 15
Bu əmrdə:
Əgər siz cədvəldəki bütün sütunları görmək istəyirsinizsə onda xüsusi ixtisardan istifadə edin:
SELECT * FROM Salespeople
Çıxarılacaq məlumat əvvəlki haldakı kimi olacaq.
Ümumi halda SELECT əmri açar sözü olan SELECT ilə başlayır, ondan sonra ekrana çıxartmaq istıdiyimiz sütunların adları, əgər hamı sütunları istəyirsinizsə onda * (ulduz) işarəsi yazılır. Daha sonra isə FROM açar sözü və sual olunan cədvəlin adı verilir.
Daha nə olacaq? Növbəti addımlarda SELECT əmrinin dərinlikləri təqdim olunacaq: verilənlərin nizamlanması, çətin məntiqi verilənlər və xüsusi operatorlar.