Menu

Daxil olun Qeydiyyat

TCP IP

Nəqliyyat dərəcəsi

Nəqliyyat dərəcəsi

Nəqliyyat dərəcəsinin protokolları məlumatın çatdırılması üzrə yarana bilən problemləri həll edə (məlumat göndərilən ünvana çatdırıldımı?) və gələn məlumatların düzgün ardıcıllığına zəmanət verə bilər. TCP/IP- cəmində, məlumatın məhz hansı qoşma üçün nəzərdə tutulduğunu nəqliyyat protokolları təyin edir.
Bu dərəcədə verilmiş avtomatik marşrutlaşdırma protokolları (IP üzərində işlədiyi üçün), əslində şəbəkə dərəcəsinin bir hissədir; məsələn, OSPF (IP identifikatoru 89). TCP (IP identifikatoru 6) - qoşmaya etibarlı məlumat axınını təmin edən, əldə edilən məlumatın qərəzsiz olduğuna əminlik yaradan, məlumatın itkisi zamanı onu təkrar istəyən və məlumatın təkrarlanmasını aradan qaldıran əvvəlcədən əlaqə qurulması ilə zəmanətli nəqliyyat mexansizmidir.
TCP şəbəkəyə düşən gücün nizamlanmasına, uzaq məsafələrə məlumat ötürülməsində gözləmə müddətinin azaldılmasına imkan yaradır. Bundan əlavə, TCP gələn məlumatın eyni ardıcıllıqda göndərildiyinə zəmanət verir. Bu onu UDP-dən ayıran əsas xüsusiyyətdir. UDP (IP identifikatoru 17) əlaqə qurulmadan dataqramm ötürülməsi protokolu. Həmçinin, onu "etibarsız məlumat ötürülməsi protokolu" da adlandırırlar, yəni göndərilən məlumatın ünvana çatıb-çatmadığına və məlumat paketinin qarışmayacağına əmin olmaq mümkünsüzdür. Zəmanətli məlumat ötürülməsi tələb olunan qoşmalarda TCP protokolları istifadə olunur. UDP əsasən kompüter oyunları və video axınlar olan qoşmalarda istifadə olunur, belə ki, burada paketlərin itkisinə yol verilə, təkrar istənilən paket isə, ümumiyyətlə təsdiqlənməyə bilər və ya əlaqənin yaradılmasına təkrar göndərişdən daha çox resurs tələb olunan sorgu-cavab tipli qoşmalar (məsələn, DNS-ə sorğular). Həm TCP, həm də UDP port adlanan yuxarı dərəcəli protokolun təyin edilməsi üçün istifadə olunur. 


Bizi dəstəkləyənlər