Menu

Daxil olun Qeydiyyat

Windows XP Professional əməliyyat sisteminin bərpası

Bərpa Nöqtələri

Bərpa Nöqtələri

System Restore hər hansı bir problem yarandıqda, kompüterin əvvəlki vəziyyətinə bərpa olunması üçün istifadə olunan bir Windows XP komponentidir. Sistemin bərpası istifadəçilərin şəxsi məlumatına heç cür təsir etmir (Microsoft Word sənədləri, e-mail, baxılan saytlar tarixi və s.). System Restore proqramı sistemə edilən dəyişiklikləri nəzarət altında saxlayır və hər hansı ciddi dəyişiklik olarsa (yeni drayver, yeni proqramın qurulması, reyestrin dəyişilməsi və s.) xüsusi "bərpa nöqtələri" yaradır. Bərpa nöqtələri kompüterin hər hansı bir vaxtda olan vəziyyətini bərpa etmək üçün istifadə oluna bilər. Dəyişiklik olduqda yaranan bərpa nöqtələri ilə bərabər, bərpa nöqtələri avtomatik olaraq gündə bir dəfə yaradılır. İstənilən vaxt özünüz də bərpa nöqtəsi yarada bilərsiniz.

Bərpa nöqtəsi yaratmaq üçün System Restore proqramını işə salın (Start > [All] Programs > Accessories > System Tools > System Restore)

Açılan pəncərədən "Create a Restore Point" variantını seçib "Next" düyməsini basın. Növbəti pəncərədə "Restore Point Description" sahəsində bərpa nöqtəsinin məqsədini izah edən və digər məlumat verən bir mətn daxil edib "Create" düyməsini basın.


Bizi dəstəkləyənlər