Menu

Daxil olun Qeydiyyat

Windows XP Professional əməliyyat sisteminin bərpası

Qurğu sürücülərinin bərpası (Driver RollBack)

Qurğu sürücülərinin bərpası (Driver RollBack)

Əgər hər hansı bir qurğunun sürücüsünü (drayverini) yeniləmisinizsə və bunun nəticəsində system qeyri-stabil olaraq fəaliyyət göstərirsə, bu problemi əvvəlki sürücüyə qayıtmaqla həll etmək mümkündür. Windows XP sürücü dəyişildikdə həmişə əvvəlki sürücünü yadda saxlayır. Bərpa üçün Device Manager xidmətini işə salın. Bunu etmək üçün "My Computer" üzərində sağ düyməni basaraq "Manage" seçib, açılan pəncərənin solunda yerləşən siyahıdan "Device Manager" sətrini seçin.

 

"Device Manager" siyahısında sürücüsünü bərpa etmək istədiyiniz qurğunu seçib, "Action" menyusundan "Properties" seçin (və ya sağ düymə ilə kontekst menyusundan). Açılan pəncərədən "Driver" vərəqini seçib, oradakı "Roll Back Driver" düyməsindən istifadə edin.


Bizi dəstəkləyənlər