Menu

Daxil olun Qeydiyyat

Windows XP Professional əməliyyat sisteminin bərpası

Sistemin bərpa olunması

Sistemin bərpa olunması

Sistemin bərpa olunması üçün əvvəlcədən yaradılmış hər hansı bir bərpa nöqtəsi istifadə olunacaq. Sistem bərpa nöqtəsi yaradılan zaman mövcud vəziyyətə qayıdacaq.

Bərpaya başlamaq üçün System Restore proqramını işə salın (Start > [All] Programs > Accessories > System Tools > System Restore). Açılan pəncərədən "Restore my computer..." variantını seçib "Next" düyməsi ilə davam edin.

Növbəti addımda gördüyünüz təqvim vasitəsilə avtomatik və ya istifadəçi tərəfindən yaradılan bərpa nöqtələrinə nəzər yetirə bilərsiniz. Seçdiyiniz bərpa nöqtəsi vasitəsilə sisteminizi bərpa etmək üçün yenə də "Next" düyməsindən istifadə edə bilərsiniz.

Növbəti pəncərə əməliyyatı təstiqləmək üçün nəzərdə tutulub. Ehtiyatlı olun - nəzərə alın ki, bərpa nöqtəsini yaratdıqdan sonra sistemə etdiyiniz dəyişikliklər (qurduğunuz proqramlar, qoşduğunuz qurğular, reyestr dəyişiklikləri və s.) tamamilə ləğv olunacaq.

Bərpa əməliyyatını başlamaq üçün "Next" düyməsindən istifadə edin.

Əməliyyatın başa çatması üçün sistem yenidən yüklənməlidir. Bərpadan imtina etmək üçün sistem yükləndikdən sonra, System Restore proqramını işə salaraq "Undo my last restoration" variantından istifadə edə bilərsiniz.


Bizi dəstəkləyənlər