Menu

Daxil olun Qeydiyyat

Windows XP Professional əməliyyat sisteminin bərpası

Son uğurlu konfiqurasiya (Last Known Good configuration)

Son uğurlu konfiqurasiya (Last Known Good configuration)

Son uğurlu konfiqurasiya cari konfiqurasiyanın xüsusi reyestr qovluğunda saxlanılan ehtiyat nüsxəsidir. Bu nüsxə, istifadəçi tərəfindən normal daxil olunduqdan sonra kompüterin söndürülməsində, reyestrdə mövcud olan HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet qovluğunun bir nüsxəsi kimi, avtomatik olaraq yaranır. Məlumatın son uğurlu girişdəki konfiqurasiya qovluğundan bərpası sistemə daxil ola bilmədikdə kömək edə bilər.

Sistemdə etdiyiniz hər hansı bir dəyişiklikdən sonra Windows sistemini yükləyə bilmirsinizsə, sistemin sürətli bərpası üçün bir şansınız var. Bunu etmək üçün sistem işə düşərkən F8 düyməsini basılı saxlayın. Bunun nəticəsində ekrana çıxan "Windows Advanced Options Menu" menyusundan "Last Known Good Configuration" seçin.

Sistemə müvəffəqiyyətlə daxil olduqda və normal söndürdükdə cari konfiqurasiya "Son uğurlu konfiqurasiya" kimi qeyd olunur.


Bizi dəstəkləyənlər