Mətnin bir neçə sütunda formatlaşdırılması
Sənədin xarici görünüşünü qazet sütunlarından istifadə etməklə də dəyişmək olar. Sütunları görmək üçün Səhifənin formatlaşdırılması "Print Layout" rejiminə keçin. İndi isə qazet sütunlarını yerləşdirmək olar. Mausun göstəricisini Formatlaşdırma "Formatting" alətlər lövhəsində Sütunlar "Columns" düyməsinə gətirin və onun üzərində mausun sol düyməsini basın. Açılmış pəncərədə sütunların sayını göstərin, məsələn 3. Gördüyünüz kimi, sənəd 3 sütuna bölünmüşdür.