Menu

Daxil olun Qeydiyyat

Xarici Qurğular

Klaviatura

Klaviatura

Klaviatura – Düymələrdən ibarət bir qurğudur. Klaviaturasız kompüteri təsəvvür etmək çətindir. Çünki məlumatları əsasən, klaviatura ilə daxil edirlər. Klaviaturada adətən hərflər, rəqəmlər və digər funksional düymələr olur. Lakin bəzən xüsusi məqsədlər üçün xüsusi klaviaturalar olur. Məsələn, musiqiçilər üçün pianinonun klavişlərinə bənzər klavişləri olan klaviaturalar, fotostudiolarda görə biləcəyimiz klaviaturalar, bu klaviaturalarda bir çox düymələr ixtisar olunub. Bəzən kalkulyator kimi istifadə etmək üçün yalnız rəqəmlərdən və əməl işarələrindən ibarət klaviaturalar da olur. Biz özümüz də öz məqsədlərimiz üçün klaviatura düzəldə bilərik. Burada yalnız lazım olan kodu göndərmək üçün qurğunu düzəltmək lazımdır. Bunu isə qurğumuzun içərisinə mikroçip qoyub, mikroçipi isə proqramlaşdırmaq kifayət edər. Mikroçipin proqram təminatını isə Assembler dilində yaza bilərik.
 


Bizi dəstəkləyənlər