Menu

Daxil olun Qeydiyyat

Xarici Qurğular

Modem

Modem

Modem – "Modem" sözü Modulator-Demodulator sözlərindən əmələ gəlib. Modem kabel və ya telefon xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemlər kompüterin həm daxili, həm də xarici qurğuları sırasına daxil edilə bilər. Aşağıdakı növləri vardır:
· Daxili modem– kompüterin ana platasına ISA və ya PCI slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir. Deyərdim ki, proqramı təminatı olmadan yararsız bir hissədir.
· Xarici modem – Kompüterə COM port və ya USB port vasitəsi ilə qoşulur. Ayrıca cərəyan mənbəyinə də qoşmaq tələb olunur.
· Apparat modem – bütün əməliyyatlar apparatın özündə Digital Signal Processor vasitəsi ilə həyata keçirilir.
· Proqram modem – bütün əməliyyatlar proqram təminatı vasitəsi ilə həyata keçirilir. Telefon xəttinin qoşulması üçün oyuq və cərəyanın şiddətini tənzimləmək üçün kiçik qurğusu olur.
İlk modem Hayes Microcomputer Products şirkəti tərəfindən 1979-cu ildə Apple II kompüteri üçün yaradılıb. Onun qiyməti 380$ idi.


Bizi dəstəkləyənlər