Menu

Daxil olun Qeydiyyat

Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • PHP

    PHP

    PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir.PHP Əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır.

    Addımlar: 7
  • JAVA

    JAVA

    İlk olaraq onu bildirmək istəyirəm ki, kitab professional proqramçılar üçün deyil həvəskarlar üçün nəzərdə tutulub. Çünki özüm professional proqramçı deyiləm.

    Addımlar: 67
  • JAVA 8

    JAVA 8

    İlk olaraq onu bildirmәk istәyirәm ki, kitab hәvәskar proqramçılar üçün nәzәrdә tutulub. Azәrbaycan dilindә Java proqramlaşdırma dili üzrә әdәbiyyatın olmaması vә ya mövcud kitabların yetәrincә mәnә aydın yazılmadığını nәzәrә alıb, digәr hәvәskarlarında belә çәtinliklәrlә üzlәşәcәyini düşünüb, proqramlaşdırmada әldә edәcәyim tәcrübәmi bu kitabda toplayıb sizinlә bölüşürәm. Yaradılmış proqramlaşdırma dillәrinin ingilis dilli olması bizi eyni zamanda ingilis dilini müәyyәn sәviyyәdә öyrәnmәyә mәcbur edir. İngilis dilindә zәif bilәn vә ya yeni başlayanlara kömәk olsun deyә, bәzi terminlәrin tәrcümәsini yanında yazıram. Professional proqramçı dostlarım tәcrübәlәrinә әsaslanaraq bildirirlәrki, proqramlaşdırmada yüksәk nәticә әldә etmәk üçün ingilis dili biliyinin olması vacibdir. Sәrbәst şәkildә çalışacağınız zamanlarda qarşınıza çıxan problemlәrә uyğun hәllәri tapmaqda nә bu kitab, nә dә başqası internet üzәrindәki material qәdәr sizi qane edә bilmәz. İnternetdә axtarışda daha dәqiq nәticә әldә etmәk üçün ingilis dilini bilmәk vacibdir. Proqramlaşdırmanı öyrәnmәk vaxt vә sәbr tәlәb edir. Sizә uğurlar arzulayıram!

    Addımlar: 84