Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən işlənmişdir. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar.
JavaScript internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlşdırma dilidir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir.
Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da proqramlaşdırma sahəsinə maraq günü-gündən artmaqdadır. Qısa bir sübut göstərim, mənim qaldığım 9 mərtəbəli binada 10-15 nəfərə yaxın, müxtəlif universitetlərdə bu ixtisasla oxuyanlar var. Və bu ixtisas üzrə seçimlər də günbəgün artmaqdadır.
Hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün komputerdə proqram yazırıq. Proqramlaşdırma dili:Proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır.