Menu

Daxil olun Qeydiyyat

Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • Linux

    Linux

    Linux Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.

    Addımlar: 19
  • GNU/LINUX sisteminin installyasiyası

    GNU/LINUX sisteminin installyasiyası

    Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmanın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi. Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir.

    Addımlar: 1
  • Unix

    Unix

    Unix 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Denis Ritçnin təklifi ilə yeni ƏS UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı.

    Addımlar: 6
  • C#

    C#

     Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da proqramlaşdırma sahəsinə maraq günü-gündən artmaqdadır. Qısa bir sübut göstərim, mənim qaldığım 9 mərtəbəli binada 10-15 nəfərə yaxın, müxtəlif universitetlərdə bu ixtisasla oxuyanlar var. Və bu ixtisas üzrə seçimlər də günbəgün artmaqdadır.

    Addımlar: 4
  • Delphi

    Delphi

    Artıq 1993-cü ildə Microsoft firması 1-ci vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MS-DOS əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab olaraq, Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin 1-ci versiyasını istehsal etdi və ardıcıl olaraq, 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5 və 2000-ci ildə Delphi 5.5 hazırlandı.

    Addımlar: 2
  • Visual Basic

    Visual Basic

    İlk vizual proqram dili Visual Basic idi. Bu proqramlaşdırma dilinin 1993-cü ildən yaradılmasına baxmayaraq, hal-hazırda da ən müasir proqramlaşdırma dillərindən biridir.

    Addımlar: 3
  • Assembler proqramlaşdırma dili

    Assembler proqramlaşdırma dili

    1952-ci ildə amerikalı qadın Qreys Hopper dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilini yaratdı. Onun adı "assemble" ingilis sözündən götürülmüşdür, "yığmaq", "quraşdırmaq" mənasını verir. O, özündə mnemonik komandalar sistemini (komandaların siyahısı), prosedurlar kitabxanasını və proqram mətnlərini maşın koduna çevirmək üçün xüsusi proqramı birləşdirirdi. MAşın kodunun alınmasının belə proseduru kompilyasiya, onu həyata keçirən proqram isə kompilyator adlanır. Bunları da Qreys M.Hopper düşünüb tapmışdır.

    Addımlar: 126