Menu

Daxil olun Qeydiyyat

Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • PHP

    PHP

    PHP dili 1995-ci ildə yaradılmışdır. İlk əvvəllər onun adı Personal Home Page sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. Daha sonralar daha ciddi ad fikirləşmək məqsədi ilə Hypertext Preprocessor adı verildi. Lakin HPP bir o qədər yaxşı səslənmədiyindən PHP adı qaldı. 2004-cü ildən PHP obyekt yönümlü dil kimi istifadə olundu. Məhz bu ildə Zend şirkəti PHP üçün yeni obyekt modeli tətbiq etməyə başladı. PHP5 versiyasında artıq obyektlər üzvləri(metodlar, xassələr) private, protected, public, static, final kimi ola bilər, interfeyslərdən istifadə oluna bilər.

    Addımlar: 8
  • Şəkillərin ölçüyə salınması

    Şəkillərin ölçüyə salınması

    Bildiyimiz kimi php dilinin dəyərli xassələrindən biri də şəkillərin üzərində işləyə bilməsidir. Bu xassələrdən biri də şəkillərin istənilən ölçüyə salınmasıdır

    Addımlar: 2
  • PHP Classlar

    PHP Classlar

    PHP artıq bütün php proqramistlərdən xahiş edir ki,yeni yaranan class-lardan istifadə edilsin. Çünki Class sürətli bir php funksiyasıdır.

    Addımlar: 2
  • Linux

    Linux

    Linux Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib[1]. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.

    Addımlar: 39
  • SQL Server

    SQL Server

    Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Verilənlərin idarə edilməsi və analizi baxımından «xam» verilənlərin aktiv tətbiq olunan informasiyaya çevrilməsi və İnternetin imkanlarından tam istifadə edilməsi vacibdir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır.

    Addımlar: 14
  • C Proqramlaşdırma Dili

    C Proqramlaşdırma Dili

    Bu mətndə C dilində proqram tərtibindən bəhs olunur. Mətndən tələbələr, məktəblilər, informatika fənnini tədris edən müəllimlər, sistem inzibatçıları və ümumilikdə, C (si) proqramlaşdırma dilini öyrənmək istəyən kər kəs istifadə edə bilər.

    Addımlar: 12
  • C#

    C#

     Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da proqramlaşdırma sahəsinə maraq günü-gündən artmaqdadır. Qısa bir sübut göstərim, mənim qaldığım 9 mərtəbəli binada 10-15 nəfərə yaxın, müxtəlif universitetlərdə bu ixtisasla oxuyanlar var. Və bu ixtisas üzrə seçimlər də günbəgün artmaqdadır.

    Addımlar: 4
  • Delphi

    Delphi

    Artıq 1993-cü ildə Microsoft firması 1-ci vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MS-DOS əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab olaraq, Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin 1-ci versiyasını istehsal etdi və ardıcıl olaraq, 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5 və 2000-ci ildə Delphi 5.5 hazırlandı.

    Addımlar: 2
  • Visual Basic

    Visual Basic

    İlk vizual proqram dili Visual Basic idi. Bu proqramlaşdırma dilinin 1993-cü ildən yaradılmasına baxmayaraq, hal-hazırda da ən müasir proqramlaşdırma dillərindən biridir.

    Addımlar: 3
  • Assembler x86 Linux (64 bit)

    Assembler x86 Linux (64 bit)

    Prosessoru (CPU) kompüterin "ürəyi" və "beyni" hesab edə bilərik. Kompüterin yaddaşından və giriş/çıxış portlarından məlumatın oxunması, məlumatlar üzərində müxtəlif hesab, müqayisə, sürüşmə, məntiq və s. əməliyyatların aparılması, emal olunmuş məlumatların təkrar yaddaşa (portlara) yazılması, hər cür kəsilmələrin qəbul olunması və cavab verilməsi, habelə, fiziki yaddaşın müxtəlif məlumat və instruksiya sahələrinə edilən müraciətlərə nəzarətin təmin olunması və s. işlər məhz CPU tərəfindən həyata keçirilir.

    Addımlar: 12