Menu

Daxil olun Qeydiyyat

“İlk Addımlar” təhsil portalının könüllülük proqramı

2010-ci ildə “İlk Addımlar” və “Xəzər İnternet İnstitutunun” birgə dəstəyi ilə “Könüllülük Proqramı” fəaliyyətə başlayıb. Könüllülük proqramının əsas məqsədi yeni kadrlar hazırlamaq, onlara təcrübə əldə etməkdə kömək etmək və müxtəlif şirkətlərə yönləndirməkdi.

Proqram çərçivəsində tələbələrə müxtəlif mövzularda tapşırıqlar verilir, onlar əsnasında könüllülər təqdimat hazırlayırlar. Əlavə olaraq tələbələrə öyrənməkçün müəyyən proqramlar verilir. Təqdim olunan sifarişləri işləyən könüllülər yoxlanaraq testdən keçirilir və tam hazır olarlarsa, “Könüllülük proqramı” onları müxtəlif şirkətlərə yönləndirir. 

Bu proqrama marağı olanlar, layihədə könüllü kimi iştirak edib, öz istəklərindən də artıq bilik və təcrübə əldə edə biliblər. “Könüllülük Proqramın”nı uğurla başa vuran, hal-hazırda proqramçı kimi çalışan Ruslan Alekseyev və Azər Abbasov öyrəndikləri bilikləri, təcrübələri hal-hazırda necə istifadə etdiklərini və eləcədə proqram haqqında öz təəssüratlarını bölüşdülər.

2010-cu ildə, yeni fəaliyyətə başladığı dövrdə R.Alekseyev üçün bu layihə proqramlaşdırma dünyasına yeni açılan bir qapı oldu. Əvvəllər dərslərə ciddi yanaşmayan Alekseyev bir-neçə dərsdən sonra anladı ki, bu əsl onun axtardığı bir proqramdır. Öyrəndiyi incəliklər əsnasında o, özünü dahi bir veb proqramçı kimi hiss eləməyə başladı. Ruslan onuda qeyd etdi ki, — “Layihə çərçivəsində mən özünə inamı öyrəndim və öz gücümə inanmağa başladım. Çünki beş proqramı hər hansı universitet daxilində öyrənmək hər tələbəyə nəsib olmur. Özünə inam sayəsində mən bu şansı əldə etdim”. Könüllülük proqramında o, HTML proqramlaşdırma dilini, CSS, PHP və eləcədə Javascripti öyrəndiyini söyləyir. Keçdiyi bu kurslardan sonra Ruslan ciddi işə başlayıb və ilk olaraq Xəzər universitetinin saytının proqramlaşdırmasında iştirak edib. BMT-nin Azərbaycandakı rəsmi saytının təkmilləşdirilməsi də R.Alekseyevə aiddir. Hal-hazırda isə o, İT sahəsində olan böyük şirkətlərdə layihələrin qurulması ilə məşğuldur və proqramçı olaraq çalışır.

Növbəti könüllümüz A.Abbasov isə könüllülük layihəsinə keçən ilin sentyabr ayında qoşulub. Məqsədi təhsil sektorunda tələbələrin əziyyət çəkdiyi sahəni öyrənib, bu layihənin inkişafına dəstək olmaqdı. A.Abbasov müsahibəsində — “Bu proqram sayəsində webproqramlaşdırmada özümdə olan çox boşluqları aradan qaldırdım və bu layihədən sonra məndə hər cür proyekti tam asanlıqla yerinə yetirmək inamı yarandı” qeyd edib. Onu da qeyd edək ki, Azər burda təkcə proqramlaşdırma tərəfdən yox, işin qoyulma tərəfi, komanda işi və əsas olaraq bir layihəni istənilən formada sonlandırmaq üçün komanda üzvləri arasında isti münasibətin olmasının şərt olduğunu öyrəndi. Hal-hazırda o, əldə etdikləri biliklər əsnasında bir sıra layihələr üzərində, o cümlədən özəl bankların birində proqramçı olaraq çalışır. 
 
“Xəzər İnternet İnstitutu” “Xəzər Universiteti” daxilində tələbə məlumat mərkəzi yaratmaq, sayta nəzarət etmək, web layihələr reallaşdırmaq məqsədi ilə oktyabr ayının biri 2010-cu il tarixində Xəzər Universitetinin Direktor və Qəyyumlar şurasının sədri Hamlet İsaxanlının əmri ilə yaradılıb. İnstitutun məqsədi “Xəzər Universiteti” daxilində tələbə məlumat sistemi qurmaq, universitetin nəzdində mobil proqramlaşdırma mövzusunda laboratoriya açmaq, tələbələr ilə müxtəlif web layihələr tapmaq və reallaşdırmaq, eləcədə müxtəlif yarışmalar, müsabiqələr təşkil etməkdir. İnstitutun direktoru “İlk Addımlar” layihəsinin təsisçisi Rəşad Əliyevdir.

Bizi dəstəkləyənlər