Menu

Daxil olun Qeydiyyat

Azərbaycan dilində ilk vebinar keçirildi.

Onlayn-seminar (vebinar, ing. webinar) veb konfransın bir növüdür. Real zamanda internet vasitəsilə onlayn görüşlərin və ya təqdimatların keçirilməsi üçündür. Vebinar zamanı hər bir iştirakçı öz kompüterində olur və onlar arasında əlaqə internet vasitəsiylə qurulur. Konfransa hər bir kəs sadəcə olaraq brauzerin pəncərəsində URL (saytın adresi) daxil edərək qoşula bilərlər.

İstənilən kəs kollektiv şəkildə keçirilən vebinarın hər seansına qoşula bilər. Vebinar zamanı aparıcı və auditoriya ilə rahat əlaqə qurulur, aparıcı iştirakçılar tərəfindən verilən suallara müəyyən zamanlarda cavab verir, ekranda əks etdirilən informasiyanı şərh edərək dinləyicilərlə bəzi zamanlarda telefon vasitəsilə də danışır. Həmçinin dinləyicilərdə səsgücləndirici ilə əlaqə yarada bilərlər.

 Bazarda vebinarda iştirak etmək üçün audio rabitə cihazlar, müasir texnologiyalardan istifadə olunur. Vebinarlarda -“görünməzlik” funksiyası vardır ki, bu da provayderdən aslı olaraq istifadəçilərin anonimliyini qoruyur. Bu funksiyanın köməkliyi ilə eyni konfransın iştirakçıları bir-birindən xəbərsiz olaraq vebinarda iştirak edə bilərlər.

İnternetin meydana gəlməsindən sonra yaranan “veb konfrans” termini əvvəlcə forumlarda istifadə olundu. Daha sonra həmin termin real zaman ünsiyyəti mənasını aldı. Hal-hazırda vebinar “distant” təhsil sisteminin bir növü kimi istifadə olunur.

Veb konfransın aşağıdakı tipik funksiyaları vardır.

  1. slayd təqdimatlar
  2. real zamanın videosu
  3. İP telefoniya texnikası (İP protokolu üzrə səsli rabitə)
  4. Whiteboard-şərhləri yazmaq üçün elektron lövhə
  5. Mətn çatı- konfrans zamanı yalnız konfrans iştirakçıları və aparıcısı üçün ayrılan çat sistemi. Burada həm rəsmi, həm də qeyri-rəsmi ünsiyyət zamanı istifadəçilər arasında sual-cavab aparıla bilər.
  6. Səsvermə və sorğular

Vebinarlar şirkət, təşkilatlar tərəfindən götürülən servis xidməti vasitəsiylə təşkil olunur. Konfransın təşkili üçün aylıq ödəmə haqqı hesablanır.

Onlayn kofransın əhəmiyyətli funksiyalarından biri şəbəkə vasitəsilə ötürmədir (ing. application sharing). Belə ki, veb-konfrans zamanı aparıcı konfransda iştirak edən istədiyi insana nəzarəti ötürə bilər. Bu da vebinarın vacib alətlərindən biridir.

Mətnlər vasitəsi ilə ünsiyyət 1980-ci illərin sonlarında İnternet tarixinin yaranması dönəmində gündəmə gəlib. Veb-çatlar və an mesajlaşması isə 1990-cı illərin ortalarında işıq üzü gördü. Ən nəhayət ilk konfrans-əlaqə 1990-cı illərin sonlarında istifadəyə verildi və bir çox insanlar arasında real zamanın rejimi ilə ünsiyyət qurulmağa başlandı.

Ticarət nişanlı "webinar" termini 1998-ci ildə Eric R. Korb tərəfindən qeydə alınıb. Lakin məhkəmədə etiraz edildiyi üçün hal-hazırda o, İnterCall şirkətinə aiddir.

Vebinarlar Azərbaycanda 2010-cu ildən başlayaraq korporativ şirkətlər tərəfindən təşkil olunur. Lakin həmin vebinarlar xarici dillərdə aparılır. Azərbaycan dilində ilk vebinar  isə “İlk Addımlar akademiyası” tərəfindən təşkil olunub. Belə ki, “İlk Addımlar” tədris portalının təsisçisi, “Xəzər İnternet institutu”nun direktoru Rəşad Əliyevin tədrisi ilə 2013-cü ilin yanvar ayında keçirilən “PHP Dərəcə1” dərsinin ilk vebinarına 25 nəfər qoşulub. Hər həftə keçirilən dərslərdə yeni vebinarlar-xarici dil və mühasibatlıq kursları da təşkil olunacağı  gözlənilir.

“İlk Addımlar akademiyası” “İlk Addımlar” tədris portalının başlatdığı Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində tədris almaq istəyənlərə köməklik göstərmək məqsədinin davamı olaraq növbəti atılan addımlardan biridir. Kurslarda İT sahəsində keçirilən dərslər Azərbaycanda bu sahəyə olan marağı daha da artırmağa köməkçi olur. Akademiyanın özəlliyi ondan ibarətdir ki, burada vebinarlar da təşkil olunur. Kursların keçirilmə vaxtı tələbələrin istəyi ilə təyin edilir. Dərslər ödənişlidir.

 

 

 

 

Bizi dəstəkləyənlər