Menu

Daxil olun Qeydiyyat

Notice: Undefined property: News::$catid in /home/addimlar/public_html/m/modules/news_more.view.php on line 178

Notice: Undefined property: News::$catid in /home/addimlar/public_html/m/modules/news_more.view.php on line 198

Notice: Undefined property: News::$catid in /home/addimlar/public_html/m/modules/news_more.view.php on line 198

Bu həftə İlk Addımlar Akademiyasında…

Bu həftə İlk Addımlar Akademiyasında iki yeni kurs və vebinar təşkil olunacaq. Bunlar  “İngilis dili”“Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kurslarıdır.

İlk olaraq 14 fevral saat 19:00-da “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kursu tədris olunacaq. Birinci dərsdə tələbələrə Beynəlxalq mühasibatlığa girişdən (GAAP, İFRS) danışılacaq. Kurs İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin aparıcı müəllimləri tərəfindən tədris olunacaq.

Növbəti “İngilis dili” kursunun birinci dərsi isə 16 fevral saat 11:00-da baş tutacaq. Yəmən Haşımova tərəfindən tədris olunacaq kursda keçiriləcək dərslər haqqında öncədən qısa məlumat verildikdən sonra, İngilis dilinin əlifbası, səslər və hərflər, say, eyni zamanda "to be" birləşməsi keçiriləcək. 

Bu kurslarla maraqlananlar  saytda qeydiyyatdan keçərək iştirak edə bilərlər. İlk kursda iştirak etməyə vaxtı olmayanlar üçün vebinarlar təşkil olunacaq. Bu həftə keçirilən kurslar və vebinarlarlar tamamilə pulsuzdur. İştirak haqqı ödəmədən kursa qoşula və hər kəs vebinarda pulsuz qeydiyyatdan keçib, canlı dərsin izləyicisi ola, dərs zamanı yaranan suallarını yerindəcə müəllimə verə bilər. Dərslər İlk Addımlar Akademiyasının ofisində keçiriləcək.

“İlk Addımlar akademiyası” “İlk Addımlar” tədris portalının başlatdığı Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində tədris almaq istəyənlərə köməklik göstərmək məqsədinin davamı olaraq növbəti atılan addımlardan biridir. Kurslarda İT sahəsində keçirilən dərslər Azərbaycanda bu sahəyə olan marağı daha da artırmağa köməkçi olur. Akademiyanın özəlliyi ondan ibarətdir ki, burada vebinarlar da təşkil olunur. Kursların keçirilmə vaxtı tələbələrin istəyi ilə təyin edilir. Dərslər ödənişlidir.

 

Kurslar haqqında:İngilis dili, Beynəlxalq mühasibat uçotunun əsasları

Vebinarlar: İngilis dili, Beynəlxalq mühasibat uçotunu əsasları

Bizi dəstəkləyənlər