Menu

Daxil olun Qeydiyyat

Notice: Undefined property: News::$catid in /home/addimlar/public_html/m/modules/news_more.view.php on line 178

Notice: Undefined property: News::$catid in /home/addimlar/public_html/m/modules/news_more.view.php on line 198

Notice: Undefined property: News::$catid in /home/addimlar/public_html/m/modules/news_more.view.php on line 198

Yeni JavaScript. Dərəcə 1. kursu açıldı

İlk Addımlar Akademiyasında yeni JavaScript. Dərəcə 1. kursu açıldı. Kursda JavaScript-ə giriş, onun əsas anlayışları, sintaksis, instruksiyalar və funksiyalar, eyni zamanda massiv və obyektlərlərdən
danışılacaq. Tələbələr üçün laboratoriya işləri də təşkil olunacaq.

Kursun birinci dərsi fevral ayının 19-na planlaşdırılıb. Dərsi tədris edən “Xəzər İnternet İnstitutunun” direktoru, “İlk Addımlar” tədris portalının təsisçisi Rəşad Əliyevdir. Kursa yazılmaq istəyənlər bu gündən etibarən İlk Addımlar Akademiyasına müraciət edə bilərlər.

“İlk Addımlar akademiyası” “İlk Addımlar” tədris portalının başlatdığı Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində tədris almaq istəyənlərə köməklik göstərmək məqsədinin davamı olaraq növbəti atılan addımlardan biridir. Kurslarda İT sahəsində keçirilən dərslər Azərbaycanda bu sahəyə olan marağı daha da artırmağa köməkçi olur. Akademiyanın özəlliyi ondan ibarətdir ki, burada vebinarlar da təşkil olunur. Kursların keçirilmə vaxtı tələbələrin istəyi ilə təyin edilir. Dərslər ödənişlidir.

Bizi dəstəkləyənlər